SON DƏQİQƏ
» » AB Səudiyyəyə silah satışını dayandırsın - Oppenhaym

AB Səudiyyəyə silah satışını dayandırsın - Oppenhaym

Tarix:

19-09-2019, 10:40

/ 1 857 dəfə oxundu.
AB Səudiyyəyə silah satışını dayandırsın - Oppenhaym

Səudiyyə Ərəbistanına Avropa silahının tədarükü Avropa Birliyinin Yaxın Şərqdəki xarici siyasət maraqlarını yox edə bilər.

GunAz.az xəbər verir ki, bu sözlər Avropa İslahatları Mərkəzinin əməkdaşı Bet Oppenhaymın “Forin Polisi” jurnalındakı məqaləsində yer alıb.

“Silah ixracı regional dinamikanı qeyri-müəyyən formada dəyişə bilər. Məsələn, son illər İranın qarşısını almaq üçün AB və digər Qərb gücləri Səudiyyə Ərəbistanına böyük miqdarda silah satıblar. Görünür, onlar səhvə yol verib. Britaniya, Fransa və ABŞ-ın tədarük etdiyi silahlar Səudiyyə Ərəbistanına Yəmənə hərbi müdaxilə başlatmaq imkanı yaradıb. Yəmən müharibəsi isə regionla yanaşı, AB-nin xarici siyasət maraqlarına ciddi təhlükə yaradıb. Konflikt ekstremist təşkilatların çiçəklənməsinə, miqrasiyanın güclənməsinə imkan yaradır”, – deyə o bildirib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ