SON DƏQİQƏ
» » ABŞ dövlət katibi Aramco-ya edilən hücuma görə Səudiyyə və BƏƏ-ə gedib

ABŞ dövlət katibi Aramco-ya edilən hücuma görə Səudiyyə və BƏƏ-ə gedib

Tarix:

18-09-2019, 18:30

/ 1 767 dəfə oxundu.
ABŞ dövlət katibi Aramco-ya edilən hücuma görə Səudiyyə və BƏƏ-ə gedib

ABŞ dövlət katibi Mayk Pompeo Səudiyyə Ərəbistanın Aramco şirkətinə edilən hücumun araşdırılması üçün Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliyinə səfər edib.

GunAz.az  RT.Arabic-ə istinadla xəbər verir ki, Mayk Pompeo Yaxın Şərq səfərində Səudiyyənin Aramco şirkətinə hücum edən tərəflərin müəyyənləşdirilməsi və onalara cavabların verilməsilə bağlı müzakirələr aparacaq.

Qeyd edək ki, Mayk Pompeo hücum baş verəndən dərhal sonra etdiyi çıxışda onun arxasında İranın durduğunu iddia edib.

Qeyd edək ki, ötən həftənin şənbə günü Səudiyyə Ərəbistanın Abqaiq neft təsisatlarına hücum edilib. Hücum nəticəsində ölkənin neft istehsalının tam yarısı dayanıb. Qərargahları paytaxt Sənada olan Yəmən Ordusu (husilər) bu hücumun onlar tərəfindən həyata keçirildiyini və Səudiyyə Ərəbistanın Yəmənə hücumu davam edəcəyi təqdirdə onların cavab adddımlarının durdurulmayacağını bəyan edib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ