SON DƏQİQƏ
» » Nyu-York səfərində Ruhani ilə Tramp arasında heç bir görüş olmayacaq - İran

Nyu-York səfərində Ruhani ilə Tramp arasında heç bir görüş olmayacaq - İran

Tarix:

16-09-2019, 18:10

/ 1 268 dəfə oxundu.
Nyu-York səfərində Ruhani ilə Tramp arasında heç bir görüş olmayacaq - İran

"Həsən Ruhaninin BMT Baş Assambleyasının toplantısı çərçivəsində Trampla heç bir görüşü nəzərdə tutulmayıb. Belə bir görüş olmayacaq."

GunAz.az  FarsNews-a istinadla xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Seyid Abbas Musəvi deyib.

Bu gün Tehranda keçirilən mətbuat konfransı zamanı İran rəsmisi Həsən Ruhaninin Nyu-Yorkda Trampla görüşəcəyi ilə bağlı iddialara münasibət bildirib və vurğulayıb ki, Trampla İran prezidenti arasında heç bir görüş olmayacaq.

Qeyd edək ki, ABŞ dövlət katibi Mayk Pompeo iki ölkə prezidentlərinin BMT Baş Assambleyasının toplantısı çərçivəsində görüşünün baş tutması ehtimalından söz açıb.

Bildirək ki, İran prezidenti və XİN rəhbəri cari ayın sonunda BMT Baş Assambleyasının Nyu-Yorkda keçiriləcək toplantısına qatılacaqlar.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ