SON DƏQİQƏ
» » Ərdoğan Türkiyənin İdlibdə post patrul mövqelərilə bağlı Suriya hökumətinə xəbərdarlıq edib

Ərdoğan Türkiyənin İdlibdə post patrul mövqelərilə bağlı Suriya hökumətinə xəbərdarlıq edib

Tarix:

14-09-2019, 20:20

/ 1 789 dəfə oxundu.
Ərdoğan Türkiyənin İdlibdə post patrul mövqelərilə bağlı Suriya hökumətinə xəbərdarlıq edib

"Biz İdlibdə olan post patrul mövqelərimizin hədəfə alınmasına tamaşa etməyəcək və reaksiya verəcəyik. Türkiyə lazımi addımları atacaq."

GunAz.az  Anadolu Agentliyinə istinadla xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan Reuters-ə verdiyi müsahibədə deyib.

Türkiyə prezidenti İdlibdəki post patrul mövqelərilə bağlı Suriya hökumətilə danışıqların olduğunu bildirsə də bu mövqelərin hökumət ordusu tərəfindən hədəfə alınması haqda xəbərdarlıq edib.

Ərdoğan həmçinin Türkiyə qüvvələrinin bu post patrul mövqelərindən çıxması məsələsini istisna edib.

Qeyd edək ki, Suriya Ordusu son ayda Həma əyalətinin şimalı və İdlib əyalətinin cənubunda irəliləyən zaman deskalasiya zonasında yerləşən (Mirek qəsəbəsi) Türkiyənin bir post patrul mövqeyi Suriya Ordusunun mühasirəsinə düşüb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ