SON DƏQİQƏ
» » Husi liderinin qardaşını terror edən «cəsus» öldürülüb

Husi liderinin qardaşını terror edən «cəsus» öldürülüb

Tarix:

12-09-2019, 19:50

/ 1 973 dəfə oxundu.
Husi liderinin qardaşını terror edən «cəsus» öldürülüb

 Yəmənin Ənsarullah hərəkatının lideri Əbdül-Məlik əl-Husinin qardaşı İbrahim əl-Husini terror edən şəxs zərərsizləşdirilib.

GunAz.az  əl-Məsira telekanalına istinadla xəbər verir ki, bu barədə Yəmənin Daxili İşlər Nazirliyi (mərkəzi qərargahı paytaxt Sənada yerləşir) bəyanat verib.

Bildirilib ki, "İbrahim əl-Husini terror edən Səudiyyə Ərəbistanı cəsusu Məhəmmədəli Qayid Davi  aparılan əməliyyat zamanı məhv edilib."

Husilərlə müttəfiq olan Yəmənin Daxili İşlər Nazirliyinin bəyanatında gəlib ki, terrorçu Səudiyyə Ərəbistanı hərbi koalisiyasının nəzarətində olan Mərib əyalətində məhv edilib.

Bu bəyanatda Səudiyyə Ərəbistanın Yəmən daxilində sifarişlərini həyata keçirən qüvvələrə də ciddi xəbərdarlıq edilib.

Qeyd edək ki, husi liderinin qardaşı bir ay öncə sui-qəsdə məruz qalmışdı. Səudiyyə Ərəbistanı koalisiyası bu hadisəni hərbi koalisiyanın qələbələrindən biri kimi qələmə vermişdi.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ