SON DƏQİQƏ
» » Ruhani Makronla danışıb: Hazırki vəziyyətdə ABŞ-la müzakirə faydasızdır

Ruhani Makronla danışıb: Hazırki vəziyyətdə ABŞ-la müzakirə faydasızdır

Tarix:

12-09-2019, 18:55

/ 1 788 dəfə oxundu.
Ruhani Makronla danışıb: Hazırki vəziyyətdə ABŞ-la müzakirə faydasızdır

 "İran hökuməti, parlamenti və xalqı düşünür ki, hazırda ABŞ-la danışıqlar aparmaq faydasız və mənasızdır."

GunAz.az İRNA-a istinadla xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani Fransa prezidenti Emanuel Makronla telefon bağlantısı zamanı deyib.

Həsən Ruhani ötən gün Emanuel Makronla baş tutan telefon təmasında qarşılıqlı əlaqələri və tərəflər üçün əhəmiyyət kəsb edən beynəlxalq məsələləri müzakirə ediblər.

İran prezidentinin sözlərinə görə mövcud vəziyyətdə ABŞ-la danışıqlar faydasız və mənasızdır.

Məlumata görə Həsən Ruhani bu telefon təmasında Fransa tərəfinin ABŞ və İran arasında vasitəçilik addımlarını müsbət qarşıladığını bildirib. Eyni zamanda Həsən Ruhani bildirib ki, nüvə sazişində qalan ölkələr öhdəliklərinə əməl edəcəkləri təqdirdə İran da sazişlə bağlı dayandırdığı bəndlərin icrasını yenidən həyata keçirəcəkdir.

скачать dle 12.1

Şərhlər