SON DƏQİQƏ
» » İllarionov: Rusiyanın Azərbaycana marağı yoxdur

İllarionov: Rusiyanın Azərbaycana marağı yoxdur

Tarix:

12-09-2019, 09:00

/ 1 303 dəfə oxundu.
İllarionov: Rusiyanın Azərbaycana marağı yoxdur

Rusiyanın Azərbaycanla bağlı qlobal maraqları yoxdur.

GunAz.az xəbər verir ki, bunu “Haqqin.az”a müsahibəsində Rusiya prezidentinin eks-köməkçisi Andrey İllarionov deyib.

“Azərbaycana gəlincə deyə bilərəm ki, respublika stabil formada inkişaf edir və sizin bəxtiniz gətirib ki, Rusiyanın xristian Ermənistan və Gürcüstandan fərqli olaraq ölkənizlə bağlı hansısa qlobal maraqları yoxdur. Əgər siz Qərbə tərəf hansısa qəfil dönüş etsəniz, heç kim sizinlə küskün tonda danışmayacaq, çünki siz ideologiya və dini baxımdan yadsınız. Bunun yerinə ukraynalılar, gürcülər, ermənilər, belarusların Qərblə istənilən yaxınlaşmasını, Rusiya xəyanət sayır. Ona görə də Rusiya onların hamısının ona borclu olduğunu düşünür”, – deyə o bildirib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ