SON DƏQİQƏ
» » Qlobal istiləşmə: 1,8 trilyon dollar tələb olunur

Qlobal istiləşmə: 1,8 trilyon dollar tələb olunur

Tarix:

12-09-2019, 08:37

/ 2 718 dəfə oxundu.
Qlobal istiləşmə: 1,8 trilyon dollar tələb olunur

Qlobal istiləşmə bir çox sektorlarda xərclərin artmasına gətirib çıxarır. İnvestisiya yatırılması zərurəti, eləcə də onun həcmi artıq uzun illərdir gərgin debatlar mövzusuna çevrilib. Özü də maliyyə vəsaiti təkcə qlobal istiləşmənin yanğınlar və qasırğalar şəklində nəticələrinə qarşı mübarizə aparmağa tələb olunmur. Qazıntı şəklində yanacaqdan istifadənin azaldılmasına, habelə prosesi yavaşıdan texnologiyalara da külli miqdarda vəsait yatırılmalıdır.

Rəsmi orqanların və özəl firmaların nümayəndələrindən ibarət Beynəlxalq Adaptasiya Komissiyası ölkələrə və korporasiyalara elan edib ki, dəyişməkdə olan şəraitə adaptasiyaya yönəldilmiş islahatlara başlamaları üçün onların hələ 15 ay vaxtı var. “Bloomberg” agentliyinin yazdığına görə, Paris İqlim Sazişini imzalamış tərəflər sənədin beşinci ildönümünün qeyd ediləcəyi 2020-ci ildə BMT paktı üzrə öz milli öhdəliklərini yeniləməyi planlaşdırırlar.

Qlobal Adaptasiya Komissiyası həm iqtisadi, həm də sosial sahələrin iqlim dəyişmələrinin nəticələrinə qarşı mübarizəyə hazırlığına əlavə zəmanəti təmin etmək üçün yaradılıb. Komissiya maliyyə və iqtisadi stimullar da axtarmalıdır. Məsələn, indiki tədbirlər gələcəkdə trilyonlarla dollara qənaət etməyə imkan verəcək.

Komissiyanın hesabatında deyilir ki, “Microsoft” korporasiyasının banisi Bill Geys, BMT-nin keçmiş baş katibi Pan Gi Mun və Dünya Bankının əsas icraçı direktoru Kristalina Georgiyeva başda olmaqla 34 nəfərdən ibarət qrup belə qənaətə gəlib ki, 1,8 trilyon dollar məbləğində investisiyalar 2030-cu il üçün beş kateqoriyada - iqlim məlumatlandırma/xəbərdarlıq sistemi, infrastruktur, əkinçilik, manqra meşələrinin mühafizəsi və su resurslarının idarə edilməsi kateqoriyalarında cəmləşdirilməlidir. Bu beş vektora yönəldilən investisiyalar nəticədə 7,1 trilyon qazanc gətirəcək.

Planetimiz XIX əsrdən etibarən Selsi ilə 1 dərəcə ( Farengeyt üzrə 1,8 dərəcə) istiləşib. 2015-ci ildə imzalanmış Paris İqlim Sazişi insan fəaliyyətinin səbəb olduğu qlobal istiləşmə üçün Selsi ilə 2 dərəcə təqribi yuxarı hədd müəyyən edib. Sazişin yaradıcıları və iştirakçıları fakt üzrə 1,5 dərəcə məhdudiyyətə əməl etmək niyyətindədirlər. Lakin dörd il sonra ekspertlərin əksəriyyəti bildirirlər ki, qlobal istiləşmə hər iki həddi üstələyəcək. Onların fikrincə, temperaturun 3-4 dərəcə yüksəlməsi ekoloji sistemlərdə və ya iqlim modellərində labüd dəyişikliklərə gətirib çıxaracaq ki, bu dəyişikliklər də bizim adaptasiya qabiliyyətimizi xeyli məhdudlaşdıracaq (Report).

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ