SON DƏQİQƏ
» » Ruslar Ceki Çan və Şvartseneggeri məhkəməyə verir

Ruslar Ceki Çan və Şvartseneggeri məhkəməyə verir

Tarix:

23-08-2019, 21:08

/ 1 351 dəfə oxundu.
Ruslar Ceki Çan və Şvartseneggeri məhkəməyə verir

"Rus Film Qrup" şirkəti dünya şöhrətli aktyorlar Arnold Şvartsenegger və Ceki Çanı məhkəməyə verib.

GunAz.az xəbər verir ki, buna səbəb sözügedən şirkətin lentə aldığı "Viy 3D" ekran işində rol alan Hollivud məşhurlarının filmin davamı olan "Əjdahanın imzasının sirri"nə də çəkilməsidir.

"China Film Qrup" tərəfindən çəkilən filmin oğurlandığı iddia olunub.

"Rus Film Qrup" isə ekran işindən heç bir qonorar almadığını açıqlayıb. Rusiya tərəfi Moskva Arbitraj məhkəməsinə müraciət edib.

Onlar Arnold ilə Cekidən nə az, nə çox, düz 216,6 milyon rubl təzminat tələb edirlər.

Sadəcə epizodik rolları canlandıran hər iki aktyorun adlarının "borclular" siyahısına düşdüyü dəqiqləşdirilməyib.Oxu.Az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ