SON DƏQİQƏ
» » Çin ABŞ-dan idxal edilən mallara əlavə rüsum tətbiq ediləcəyini elan edib

Çin ABŞ-dan idxal edilən mallara əlavə rüsum tətbiq ediləcəyini elan edib

Tarix:

23-08-2019, 20:30

/ 1 265 dəfə oxundu.
Çin ABŞ-dan idxal edilən mallara əlavə rüsum tətbiq ediləcəyini elan edib

Çin ildə 75 milyard dollar həcmində Amerikadan idxal edilən mallara 10 faiz və 5 faiz əlavə rüsum tətbiq etmək qərarına gəlib.

GunAz.az-ın TASS-a istinadla verdiyi xəbərə görə, bu barədə ÇXR Dövlət Şurası yanında fəaliyyət göstərən Tariflər və Rüsumlar Komitəsi məlumat verib.

"Tariflər və Rüsumlar Komitəsi, ABŞ-dan ümumi həcmi 75 milyard dollar olan 5078 əmtəə məhsulunun idxal rüsumlarını 10 faiz və 5 faiz artırmaq qərarına gəlib", - agentliyin açıqlamasında bildirilir.

Yeni rüsumlar  1 sentyabr və 15 dekabr tarixlərində Pekin vaxtı ilə gecə yarısında qüvvəyə minəcək.

скачать dle 12.1

Şərhlər