SON DƏQİQƏ
» » Çevrilişdən sonrakı Sudanın yeni baş nazirinin kimliyi məlum olub

Çevrilişdən sonrakı Sudanın yeni baş nazirinin kimliyi məlum olub

Tarix:

22-08-2019, 20:45

/ 1 276 dəfə oxundu.
Çevrilişdən sonrakı Sudanın yeni baş nazirinin kimliyi məlum olub

 Sudana keçid dövründə rəhbərlik edəcək şuranın 11 üzvündən biri Abdullah Hamduk adlı siyasətçi gələn 39 ay ərzində ölkənin baş naziri olacaq.

GunAz.az Əlcəzirəyə istinadla xəbər verir ki, sabiq BMT rəsmisi və sudanlı siyasətçi Abdullah Hamduk ötən gün and içib.

A. Hamduk ölkəni keçid dövründə idarə edəcək 11 şura üzvündən biri, həm də çevrilişdən sonra ölkənin ilk baş naziridir.

Qeyd edək ki, Sudanda gələn 39 ay keçid dövrü ərzində ölkəni idarə etmək üçün 11 hərbçi və siyasətçidən ibarət hakimiyyət şurası yaradılıb. Şura üzvlərinin 5-i hərbçi, qalanı isə siyasətçilərdir. Məlumata görə hakimiyyət şurasına general Əbdül-Fəttah əl-Burhan rəhbərlik edəcək.

Xatırladaq ki, 30 illik hakimiyyətdən sonra cari ilin aprelində devrilən sabiq prezident Ömər əl-Bəşir ilk dəfə olaraq bir neçə gün öncə məhkəmə qarşısına çıxarılıb və korrupsiya ilə bağlı ittihamlara açıqlama verib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ