SON DƏQİQƏ
» » Husilər Səudiyyə ərazisini ballistik raket və PUA-larla hədəfə aldıqlarını bildiriblər

Husilər Səudiyyə ərazisini ballistik raket və PUA-larla hədəfə aldıqlarını bildiriblər

Tarix:

22-08-2019, 19:30

/ 1 785 dəfə oxundu.
Husilər Səudiyyə ərazisini ballistik raket və PUA-larla hədəfə aldıqlarını bildiriblər

Husilər Səudiyyə Ərəbistanın cənub qərbində əl-Əsir bölgəsində yerləşən "Məlik Xalid" hava limanını pilotsuz təyyarələrlə hədəfə aldıqlarını bildiriblər.

GunAz.az xəbər verir ki, bu barədə Yəmən Silahlı Qüvvələrinin (qərargahları paytaxt Sənada yerləşir) mətbuat xidməti məlumat verib.

Yəmən SQ-in sözçüsü briqada generalı Yəhya Səri twitter səhifəsində bildirib ki, onlar Səudiyyənin Yəmənə hava zərbələrinə cavab olaraq, "Məlik Xalid" hava limanını "Qasif k2" pilotsuz təyyarələrilə hədəfə alıblar.

Husilərin rəsmisi bildirib ki, bu hücumda hava limanında rabitə qovşaqları və yanacaq çənləri vurulub.

Eyni zamanda Səudiyyənin Nəcran əyalətində (Yəmənlə sərhəd bölgə) bir hərbi mövqeyə ballistik raketin atıldığı bildirilib.

Səudiyyə Ərəbistanı hərbi koalisiyası hələ bu xəbərlərə münasibət bildirməyib.

Qeyd edək ki, husilər son ildə Yəməndə hərbi əməliyyat aparan Səudiyyə koalisiyasına qarşı ciddi əks hücumlar həyata keçirməyə başlayıblar. Husilər son ildə öz PUA-larını Səudiyyə ərazisinin 1200 km dərinliyinə qədər uçuraraq, oradakı neft təsisatlarını hədəfə ala biliblər.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ