SON DƏQİQƏ
» » Suriya Ordusu şimalda insanların təxliyəsi üçün koridor açıb

Suriya Ordusu şimalda insanların təxliyəsi üçün koridor açıb

Tarix:

22-08-2019, 18:10

/ 1 901 dəfə oxundu.
Suriya Ordusu şimalda insanların təxliyəsi üçün koridor açıb

 Suriya Ordusu Xan-Şeyxunu azad etdikdən və qruplaşmaları 20 yaşayış massivində mühasirəyə saldıqdan sonra mülki şəxslərin bölgədən təxliyəsi üçün koridor açıb.

GunAz.az RT.Arabic-ə istinadla xəbər verir ki, bu barədə Suriya Ordusu mənbələri məlumat veriblər.

Suriyanın hərbi mənbələrinin məlumatına görə Həma əyalətinin şimalı və İdlib əyalətinin cənubunda mühasirəyə düşən bölgələrdən mülki insanların təxliyəsi üçün xüsusi koridor və keçid yaradılıb.

Bildirilib ki, Suriya Ordusu sözügedən keçidi Suran qəsəbəsi ərazisində nəzərdə tutub.

Qeyd edək ki, Suriya Ordusu Xan-Şeyxunu nəzarətə götürəndən sonra qruplaşmaların olduğu 20-dən çox qəsəbə və kənd mühasirəyə düşüb. Türkiyə post patrul xidmətinin bir mövqeyinin yerləşdiyi Murek qəsəbəsi də mühasirəyə düşən yaşayış massivlərindən biridir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ