SON DƏQİQƏ
» » Zaxarova Zelenskinin Rusiyanın G8-ə qayıdacağı ilə bağlı söylədiklərini şərh edib

Zaxarova Zelenskinin Rusiyanın G8-ə qayıdacağı ilə bağlı söylədiklərini şərh edib

Tarix:

22-08-2019, 16:30

/ 1 902 dəfə oxundu.
Zaxarova Zelenskinin Rusiyanın G8-ə qayıdacağı ilə bağlı söylədiklərini şərh edib

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Rusiyanın G8-ə qayıtmasını Krım və Donbassla əlaqələndirən Ukrayna Prezidenti Vladimir Zelenskinin sözlərini şərh edib.

"Siqnallar haqqında. Bu siqnalları sizdən gözləyirlər. Sosial şəbəkələrdə deyil, reallıqda", Zaxarova deyib.

Ukrayna Prezidenti Vladimir Zelenski "Facebook" səhifəsində Rusiyanın G8-ə qayıdış ehtimalını şərh edib.

GunAz.az RT-yə istinadla xəbər verir ki, onun sözlərinə görə, bu, yalnız Krımın "qayıtması" və Donbasdakı münaqişə bitdikdən sonra mümkün olacaq.

O əlavə edib ki, Moskvanın bu cür addımları, həmçinin Ukrayna vətəndaşlarının həbsxanalarda və istintaq təcridxanalarında sərbəst buraxılması "Rusiyanın yüksək diplomatiya gündəmində bir daha öz yerini tutmağa hazır olduğuna dair dünyaya əsl ciddi siqnal olacaq".

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ