SON DƏQİQƏ
» » Makron Trampı razı saldı: Putin G7-yə dəvət edilir

Makron Trampı razı saldı: Putin G7-yə dəvət edilir

Tarix:

21-08-2019, 10:22

/ 1 904 dəfə oxundu.
Makron Trampı razı saldı: Putin G7-yə dəvət edilir

ABŞ Prezidenti Donald Tramp Fransa Prezidenti Emmanuel Makronun Rusiyanı 2020-ci ildə keçiriləcək G7 sammitinə dəvət etmək təklifini qəbul edib.

GunAz.az xəbər verir ki, bu məlumatı öz Tvitter səhifəsində CNN-in jurnalisti Kayli Atvud paylaşıb. Onun sözlərinə görə, Trampla Makron bu barədə dünən axşam baş tutan telefon danışığı zamanı razılıq əldə ediblər. Atvud Moskvanın G7-yə dəvət edilməsi ideyasının Makrona məxsus olduğunu deyib.

ABŞ Prezidenti Donald Tramp da dünən jurnalistlərə açıqlamasında Rusiyanın G-8-ə qayıtmasına qarşı çıxmayacağını bildirmişdi.

Qeyd edək ki, Rusiya G7-yə 2014-cü il Ukrayna hadisələrindən bu yana dəvət edilmir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ