SON DƏQİQƏ
» » Liviya paytaxtı ətrafında Qurban bayramına görə səngiyən döyüşlər yenidən şiddətlənib

Liviya paytaxtı ətrafında Qurban bayramına görə səngiyən döyüşlər yenidən şiddətlənib

Tarix:

20-08-2019, 20:50

/ 1 291 dəfə oxundu.
Liviya paytaxtı ətrafında Qurban bayramına görə səngiyən döyüşlər yenidən şiddətlənib

 General Xəlifə Haftarın başçılıq etdiyi "Liviya Milli Ordusu" paytaxt Tripoli istiqamətdə yeni hərbi qüvvələr ezam edib.

GunAz.az əl-Ərəbiyyə telekanalına istinadla xəbər verir ki, bu barədə "Liviya Milli Ordusu"nun mətbuat xidməti məlumat verib.

Bildirilib ki, "Milli Barışıq Hökuməti"nin dəstəklədiyi silahlı qruplarının qarşısının alınması məqsədilə paytaxt Tripoli ətrafındakı döyüş cəbhələrinə əlavə hərbi qüvvələr göndərilib.

Qeyd edək ki, BMT Qurban bayramına görə tərəfləri Tripoli ətrafında atəşkəsi dayandırmağa çağırmış və daimi atəşkəs üçün görüşlərin təşkilini təklif etmişdi.

Xatırladaq ki, ölkənin əksər hissəsini nəzarətdə saxlayan "Liviya Milli Ordusu" aprel ayından "Milli Barışıq Hökuməti"nin nəzarətində olan Tripoli və sahil əyalətlər istiqamətdə hərbi əməliyyata başlayıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ