SON DƏQİQƏ
» » İraq Ordusu İŞİD-dən geri alınan şəhərləri polis qüvvələrinə təhvil verməyə başlayıb

İraq Ordusu İŞİD-dən geri alınan şəhərləri polis qüvvələrinə təhvil verməyə başlayıb

Tarix:

20-08-2019, 20:30

/ 1 776 dəfə oxundu.
İraq Ordusu İŞİD-dən geri alınan şəhərləri polis qüvvələrinə təhvil verməyə başlayıb

 İraq Ordusu 2017-ci ilin sonu 2018-ci ilin əvvəlində İŞİD terror təşkilatından azad etdiyi şəhərlərin təhlükəsizliyini polis qüvvələrinə həvalə etməyə başlayır.

GunAz.az Sumariya Agentliyinə istinadla xəbər verir ki, bu barədə İraq Müdafiə Nazirliyi bəyanat verib.

Bildirilib ki, ölkənin silahlı qüvvələrinin ali baş komandanı baş nazir Adil Əbdül-Mehdinin göstərişi ilə ordunun, şəhərləri Federal Polisə təhvil verməsi istiqamətində addımlara start verilib.

Bu məqsədlə müdafiə naziri Nəcah əş-Şimməri Federal Polisin rəhbəri Şakir Cövdətlə görüşərək, şəhərlərin təhlükəsizliyinin Daxili İşlər Nazirliyinə tapşırılması yolları və mexanizmlərini müzakirə ediblər.

Qeyd edək ki, İŞİD 2014-cü ilin yayında qəfil hücumla ölkə ərazisinin üçdə bir hissəsini zəbt etmişdi. İraq Ordusu və paralel qüvvələr 2017-ci ilin sonu və 2018-in əvvəli İŞİD-i ölkədən çıxara biliblər.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ