SON DƏQİQƏ
» » Yəməndə BƏƏ və Səudiyyənin dəstəklədiyi qüvvələrin qarşıdurması digər əyalətlərə sirayət edib

Yəməndə BƏƏ və Səudiyyənin dəstəklədiyi qüvvələrin qarşıdurması digər əyalətlərə sirayət edib

Tarix:

20-08-2019, 19:10

/ 1 796 dəfə oxundu.
Yəməndə BƏƏ və Səudiyyənin dəstəklədiyi qüvvələrin qarşıdurması digər əyalətlərə sirayət edib

Yəmənin Ədən şəhərində Birləşmiş Ərəb Əmirliyinin dəstəklədiyi separatçı "Cenubun Keçid Şurası" ilə Səudiyyə Ərəbistanın dəstəklədiyi hökumət qüvvələri arasında qarşıdurma davam edir. İnsident və gərginliklər Təiz və Əbyən əyalətlərinə də sirayət edib.

GunAz.az Əlcəzirəyə istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanı və BƏƏ-nin dəstəklədiyi yəmənli qüvvələrin bir-birilə qarşıdurması Əbyən və Təiz əyalətlərinə də sirayət edib.

Məlumata görə, separatçı "Cənubun Keçid Şurası" qüvvələri Zəncəbar rayonunda hökumətin çevik qüvvələrinin iki hərbi qərargahını eləcə də Əbyən şəhərində hərbi polis qərargahını nəzarətə götürüblər.

Ötən gün Təiz əyalətində də bir qərargah separatçılar tərəfindən nəzarətə götürülüb.

Səudiyyə Ərəbistanın dəstəklədiyi Yəmən Hökumətinin XİN-i bəyanat yayaraq, bildirib ki, bu təcavüzlər ər-Riyadın vasitəçilik addımlarını təsirsiz edir.

Qeyd edək ki, ötən həftə Səudiyyə Ərəbistanın təzyiqlərindən sonra separatçılar müvəqqəti paytaxt Ədəndə yalnız bir neçə obyekti Abdu-Rabbih Mansur Hadinin tərəfdarlarına təhvil veriblər və hərbi obyektləri təhvil verməkdən imtina ediblər.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ