ABŞ-ın yerüstü kruiz raketini sınaqdan keçirməsi yeni bir silah yarışına səbəb olacaq və beynəlxalq təhlükəsizlik quruluşuna mənfi təsir göstərəcək.
GunAz.az-ın Gazeta.ru-ya istinadla verdiyi xəbərə görə, bu barədə Çin Xalq Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Gen Şuan bildirib.
Avqustun 19-da Pentaqon Orta və kiçikmənzilli raketlərin ləğv edilməsi haqqında Müqaviləyə əsasən qadağan edilmiş raketi sınaqdan keçirdiyini elan edib.
Raket sınağı avqustun 18-də baş tutub.