SON DƏQİQƏ
» » Suriya Ordusu strateji Xan-Şeyxun şəhərinin 5 km-ə çatıb

Suriya Ordusu strateji Xan-Şeyxun şəhərinin 5 km-ə çatıb

Tarix:

14-08-2019, 21:10

/ 1 311 dəfə oxundu.
Suriya Ordusu strateji Xan-Şeyxun şəhərinin 5 km-ə çatıb

Suriya ordusu Həma əyalətinin şimalında və İdlib əyalətinin cənubunda yerləşən Kəfər-Eyn, Təll-As, Xərbət-Murşid, Məzare əl-Mintar kəndlərini azad etməklə strateji Xan-Şeyxun şəhərinin 5 km-ə çatıb.

GunAz.az bu barədə Suriya mətbuatına istinadla xəbər verir.

Suriyada döyüşləri yaxından izləyən "moraselon.com" xəbər portalının məlumatına görə Suriya Ordusu İdlibin cənubundakı 4 kəndi almaqla Xan Şeyxun şəhərinin 5 km-ə çatıb. Şəhərin şərq tərəfində olan Skik kəndinin azad edilməsi ilə qurplaşmaların nəzarətindəki Xan-Şeyxun Suriya Ordusunun mühasirəsinə düşmək və bununla yanaşı Taminə və Murik qəsəbələri də mühasirəyə düşmək təhlükəsilə üzləşiblər.

Məlumata görə adıçəkilən bu bölgələrdə olan bəzi qruplaşma üzləri şimala İdlib şəhərinə doğru qaçıblar.

Suriya mətbuatı dünən və bu gün azı 45 silahlının zərərsizləşdirildiyini və bir neçə silahlının əsir götürüldüyünü bildirib.

Əl-Cəzirə telekanalının məlumatına görə Suriya Ordusu da bu hücumlar əsnasında 10-dan çox itki verib.

скачать dle 12.1

Şərhlər