SON DƏQİQƏ
» » İran Buşehr nüvə stansiyasının ikinci modulunun beton işinə başlayacaq

İran Buşehr nüvə stansiyasının ikinci modulunun beton işinə başlayacaq

Tarix:

14-08-2019, 20:40

/ 1 286 dəfə oxundu.
İran Buşehr nüvə stansiyasının ikinci modulunun beton işinə başlayacaq

 İran Buşehr nüvə stansiyasının ikinci modulunun beton işinə başlayacaq.

GunAz.az FarsNews-a istinadla xəbər verir ki, bu barədə İranın Atom Enerjisi Təşkilatının mətbuat katibi Behruz Kəmalvəndi məlumat verib.

B. Kəmalvəndi Buşehr nüvə stansiyasının ikinci modulunun beton işinin oktyabr ayının sonları, noyabr aylarının əvvəllərində başlanacağını deyib.

Qeyd edək ki, İran bu nüvə təsisatı ilə bağlı işlərin avqustda həyata keçiriləcəyini bildirsə də daha sonra onun təxirə düşdüyünü bəyan etmişdi. 

Buşehr şəhərində sözügedən nüvə təsisatının təməlqoyma mərasimi iki il öncə İran Atom Enerjisi Agentliyinin sədri Əli Əkbər Salehinin və Rusiyanın "Rosatom" şirkəti rəsmilərinin iştirakı ilə keçirilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ