SON DƏQİQƏ
» » Atambayevi təslim edən şəxsə cinayət işi açıldı

Atambayevi təslim edən şəxsə cinayət işi açıldı

Tarix:

14-08-2019, 13:03

/ 1 302 dəfə oxundu.
Atambayevi təslim edən şəxsə cinayət işi açıldı

Qırğızıstan Baş Prokurorluğu eks-prezident Almazbek Atambayevlə danışıqlar aparan Daxili İşlər nazirinin keçmiş müavini Kursan Asanova qarşı cinayət işi açıb.

GunAz.az xəbər verir ki, bu barədə məlumatı Baş Prokurorluğun mətbuat xidməti yayıb. Məlumata görə, Baş Prokurorluq Asanovu Atambayevə qarşı aparılan əməliyyat zamanı daxili işlər nazirinin tapşırıqlarına dəfələrlə məhəl qoymamaqda, özbaşına hərəkət etməkdə, istintaqdan bəzi sənədləri gizlətməkdə ittiham edib.

Qeyd edək ki, Asanov Atambayevi təslim olmağa razı salan əsas şəxs olub. Bunun ardınca isə o, dərhal qırğız polisinin maraqlarına xəyanətdə ittiham edilərək istefaya göndərilib. Qırğızıstan Daxili İşlər Nazirliyi isə bu xəbərlərdən sonra məlumat yayaraq, Asanovun Atambayevlə danışıqlara icazəsiz və öz piyarı üçün getdiyini bildirib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ