SON DƏQİQƏ
» » Rusiyada nazirlikdən təklif: Pivə spirtli içki sayılmasın

Rusiyada nazirlikdən təklif: Pivə spirtli içki sayılmasın

Tarix:

20-07-2019, 16:41

/ 1 285 dəfə oxundu.
Rusiyada nazirlikdən təklif: Pivə spirtli içki sayılmasın

Rusiyanın Sənaye və Ticarət Nazirliyi pivənin alkoqol məhsulu hesab edilməməsi təklifi ilə çıxış edib.

RBK xəbər verir ki, sözügedən təklif nazirliyin 2019-2025-ci illər üçün nəzərdən tutulmiş ticarətin inkişaf strategiyası planında yer alıb.

Məqsəd pivəni hazırda bütün alkoqol məhsulları üçün tətbiq edilən məhdudiyyətlərdən azad etməkdir. Nazirlik strategiya layihəsini razılaşdırılması üçün müvafiq qurumlara göndərməyə hazırlaşır.

Qeyd edək ki, 2012-ci ildə pivə və tərkibində 0,5 faizdən çox spirt olan digər içkilər (kvas və kefir istisna olmaqla) alkoqol içkiləri ilə bərabər tutulub. Onu 2013-cü ildən kiçik dükanlarda satmaq olmaz. 2017-ci ildə isə pivələrin 1,5 litrlik plastik butulkalarda satışına qadağa qoyulub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ