SON DƏQİQƏ
» » Hər ölkə hansı müdafiə sistemlərini əldə edəcəyinə özü qərar verir - NATO Baş katibi

Hər ölkə hansı müdafiə sistemlərini əldə edəcəyinə özü qərar verir - NATO Baş katibi

Tarix:

18-07-2019, 20:50

/ 1 802 dəfə oxundu.
Hər ölkə hansı müdafiə sistemlərini əldə edəcəyinə özü qərar verir - NATO Baş katibi

 Türkiyə NATO-nun müttəfiqi olaraq S-400-dən daha çox əhəmiyyətlidir. GunAz.az "Anadolu"ya istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq  ABŞ-da Kolorado ştatında keçirilən illik təhlükəsizlik konfransında bəyan edib.

"S-400 hava müdafiə sistemi ilə bağlı problemə laqeyd yanaşmıram, amma Türkiyə NATO-nun müttəfiqi olaraq S-400-dən çox əhəmiyyətlidir", Stoltenberq deyib. 

Onun sözlərinə görə, NATO Türkiyənin Rusiyadan hava müdafiə sistemlərinin əldə edilməsi prosesini yaxından izləyir və bu məsələni müvafiq strukturlarla müzakirə edir.

"Hər bir ölkə müstəqil olaraq hansı müdafiə sistemlərini əldə edəcəyinə özü qərar verir. Ancaq NATO üçün bu sistemlərin ittifaq sistemlərinə uyğunlaşması  vacibdir ", - Stoltenberg deyib.

Baş katib bildirib ki, Ankara tərəfindən əldə edilən S-400 hava müdafiə sistemi uyğunsuzluq səbəbindən NATO hava müdafiə sisteminə inteqrasiya olunmayacaq: "Amma Türkiyə bunu heç tələb də etməyib".

O qeyd edib ki, Türkiyə NATO-nun hərbi hava müdafiə sisteminin tərkib hissəsi olub və qalacaq.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ