SON DƏQİQƏ
» » Əfqanıstanın Qarabağ bölgəsində tanınmış general terrora məruz qalıb

Əfqanıstanın Qarabağ bölgəsində tanınmış general terrora məruz qalıb

Tarix:

18-07-2019, 19:58

/ 1 311 dəfə oxundu.
Əfqanıstanın Qarabağ bölgəsində tanınmış general terrora məruz qalıb

Əfqanıstan Ordusunun generalı Əbdül-Mübin Müctəba Qəzni əyalətinin Qarabağ rayonu ərazisinə baş çəkən zaman terror edilib.

GunAz.az  BBC.Farsi-ə istinadla xəbər verir ki, Əfqanıstan Ordusunun diviziya komandanı general Əbdül-Mübin müctəba Qəzni əyalətinin Qarabağ rayonu ərasizində Taliban tərəfindən terror edilib.

Məlumata görə terror aktı toplantı zamanı Əfqanıstan ordusunun 3 əsgəri tərəfindən həyata keçirilib. Hücum edən şəxslər öldürülüb.

Terror aktından sonra Taliban bəyanat yayaraq bu terror aktını üzərinə götürüb. Taliban iddia edib ki, ordu generalı ilə yanaşı ABŞ-ın bir neçə zabiti də öldürülüb.

Əfqanıstan prezidenti Əşrəf Qəni bu hadisəni pisləyib və generalın ailə və yaxınlarına başsağlığı verib.

N.SAFURA

скачать dle 12.1

Şərhlər