SON DƏQİQƏ
» » İran Trampın 2020 seçkilərində məğlub olmasını gözləmir - Cavad Zərif

İran Trampın 2020 seçkilərində məğlub olmasını gözləmir - Cavad Zərif

Tarix:

18-07-2019, 19:26

/ 2 028 dəfə oxundu.
İran Trampın 2020 seçkilərində məğlub olmasını gözləmir - Cavad Zərif

"Trampın öz kürsüsündə qalacağını göstərən 50 faizdən artıq şansının olduğu görünür. Ona görə bizim planımız onunla daha 6 il ərzində üzləşməkdir."

GunAz.az  əl-Məyadinə istinadla xəbər verir ki, bunu İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif deyib.

Nyu-York səfərində Blomberg-ə verdiyi müsahibədə Cavad Zərif bildirib ki, İran heç də 2020 seçkilərini gözləmir.

İran XİN rəhbərinin sözlərinə görə Trampın qalib olma şansı 50 faizdən çoxdur və buna görə İranın planı uzunmüddətlidir.

Məhəmməd Cavad Zərif əlavə edib ki, "İran Şimali Koreya kimi deyil, onun ABŞ-la üzləşmə planı daha ciddidir."

Qeyd edək ki, ABŞ dünya ictimaiyyətinin 2015-ci ildə İranla əldə etdiyi tarixi nüvə sazişindən birtərəfli şəkildə çıxaraq rəsmi Tehrana qarşı sərt sanksiyalara başlayıb. ABŞ hökuməti bu sanksiyaların ən şiddətli olduğunu və bununla İranı yeni anlaşmanın əldə edilməsi istiqamətində müzakirə masasına çəkə biləcəyini düşünür.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ