SON DƏQİQƏ
» » "ABŞ bu yolla Türkiyənin suverenliyini məhdudlaşdırır"

"ABŞ bu yolla Türkiyənin suverenliyini məhdudlaşdırır"

Tarix:

17-07-2019, 19:32

/ 1 852 dəfə oxundu.
"ABŞ bu yolla Türkiyənin suverenliyini məhdudlaşdırır"

ABŞ F-35 təyyarələrinin Türkiyəyə təhvilini təxirə salmağa yönəlik addımlarla bu ölkənin suverenliyini məhdudlaşdırmağa çalışır.

GunAz.az xəbər verir ki, bu sözləri rusiyalı politoloq Vladimir Şapovalov bildirib.

"Bunlar suveren dövlətə qarşı bir təzyiq formasıdır. S-400-lərin ixracı ilə bağlı hərbi müqavilə iki suveren dövlət arasında imzalanır, Türkiyənin bu haqqı heç yerdə, heç bir müqavilə ilə məhdudlaşdırılmayıb. ABŞ öz iradəsini digər ölkələrə sırımaq, üçüncü ölkələrlə əməkdaşlıq sahəsindəki azadlıqlarını məhdudlaşdırmağa çalışan tərəf olaraq qarşıya çıxır. Bu cür addımlar əməkdaşlıq və yaxşı qonşuluq tərzi ilə deyil, bir dövlətə diktə etmək səyini ortaya qoyur", - Şapovalov deyib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ