SON DƏQİQƏ
» » Azərbaycanda ilk dəfə beynəlxalq maliyyə institutu manatda istiqraz buraxır

Azərbaycanda ilk dəfə beynəlxalq maliyyə institutu manatda istiqraz buraxır

Tarix:

17-07-2019, 14:46

/ 1 924 dəfə oxundu.
Azərbaycanda ilk dəfə beynəlxalq maliyyə institutu manatda istiqraz buraxır

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) qiymətli kağızlar bazarının inkişaf etdirilməsi və beynəlxalq investorların bazara diqqətinin artırılması məqsədilə Azərbaycanın üzv olduğu beynəlxalq maliyyə institutları ilə uzunmüddətli sıx əməkdaşlığı nəticəsində onlardan birinin ölkədə ilk dəfə milli valyutada (manatda) istiqrazları emissiya ediləcək.

Bu barədə Palata məlumat yayıb. 

Məlumatlara görə, MBNP iyulun 16-da Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) 10 milyon manatlıq istiqraz emissiyasını dövlət qeydiyyatına alıb. Bu rəqəmin ilin sonuna qədər 50 milyon manata çatdırılması nəzərdə tutulur. 

Qiymətli kağızlar kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” QSC-də (BFB) yerləşdiriləcək. 

“Bu, ölkəmiz üçün əlamətdar hadisədir və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlara olan inamın göstəricisidir. Bu beynəlxalq müstəvidə həyata keçirilən uzunmüddətli strategiya, əməkdaşlıq, Palata tərəfindən qabaqcıl beynəlxalq prinsiplər və standartların yerli qiymətli kağızlar bazarına tətbiqi nəticəsində əldə olunmuş nailiyyətdir.

Beynəlxalq maliyyə institutları tərəfindən yerli bazarda buraxılacaq istiqrazlar ölkədə sahibkarlığın inkişafına dəstək olacaq, kiçik və orta bizneslərin uzunmüddətli ucuz maliyyə resurslarına çıxış imkanı təmin edəcək”, - qeyd olunub. 

скачать dle 12.1

Şərhlər