SON DƏQİQƏ
» » Küveyt Səudiyyənin Yəmənə qarşı hərbi koalisiyasından çıxmadığını bildirib

Küveyt Səudiyyənin Yəmənə qarşı hərbi koalisiyasından çıxmadığını bildirib

Tarix:

16-07-2019, 20:43

/ 1 882 dəfə oxundu.
Küveyt Səudiyyənin Yəmənə qarşı hərbi koalisiyasından çıxmadığını bildirib

 Küveyt Səudiyyə Ərəbistanın Yəmənə qarşı hərbi koalisiyası tərkibində qaldığını və burada öhdəsinə düşən işləri görəcəyini bildirib.

GunAz.az Sputnik.Arabic-ə istinadla xəbər verir ki, bunu Kuveytin xarici işlər nazirinin müavini Xalid Carullah deyib.

X. Carullah Fransanın müstəqillik günü ilə bağlı bu ölkə səfirliyində keçirilən tədbir zamanı jurnalistlərin məsələ ilə bağlı suallarını cavablandırıb.

Birləşmiş Ərəb Əmirliyinin Səudiyyə Ərəbistanının Yəmənə qarşı hərbi koalisiyasından tədricən çıxmasına toxunan X. Carullah bildirib ki, Səudiyyədəki Küveyt qüvvələri sabiq öhdəliklərini yerinə yetirməkdədirlər.

Qeyd edək ki, Qətər Səudiyyə Ərəbistanın 4 il öncə başlatdığı müharibədən çıxıb. Onun ardından BƏƏ Yəməndəki qüvvələrinin ümdə qismini geri çəkdiyini bildirib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ