SON DƏQİQƏ

İran fransız akademiki həbs etdi – Səbəb

Tarix:

16-07-2019, 11:06

/ 1 802 dəfə oxundu.
İran fransız akademiki həbs etdi – Səbəb

İran əsilli fransalı akademik Fariba Adelha İranda həbs edilib.

GunAz.az xəbər verir ki, bu məlumatı Fransa mətbuatı Xarici İşlər Nazirliyinə istinadən yayıb. Məlumata görə, akademikin konsulluq xidmətlərindən istifadəsinə məhdudiyyət qoyulub.

Rəsmi Paris Fariba Adelha ilə bağlı situasiyanın aydınlaşdırılmasını Tehrandan tələb edib.

Fransa mətbuatının iddiasına görə, fransalı akademik casusluqda ittiham edilərək həbs olunub.

Qeyd edək ki, Fariba Adelha antropoloqdur. O, Paris Siyasi Tədqiqatlar İnstitutunda çalışır.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ