SON DƏQİQƏ
» » Moskva Avropaya qəfil hücuma hazırlaşır – Sensasion hesabat

Moskva Avropaya qəfil hücuma hazırlaşır – Sensasion hesabat

Tarix:

16-07-2019, 10:35

/ 1 765 dəfə oxundu.
Moskva Avropaya qəfil hücuma hazırlaşır – Sensasion hesabat

Rusiya Avropaya hücum etmək və burada müharibələr təşkil etmək məqsədilə qadağan edilmiş raketlərin gizli şəkildə ehtiyatını toplayır.

GunAz.az xəbər verir ki, bu barədə “Die Velt” nəşri alman ordusunun istefada olan general-leytenantı, NATO Baş katibinin keçmiş müavini Henrix Braus və Təhlükəsizlik Siyasəti İnstitutunun direktoru Yoahim Krauzun hazırladığı hesabat əsasında informasiya yayıb.

Nəşrin yazdığına əsasən, Avropanın başının ekologiya və iqlim məsələlərinə qarışdığı bir vaxtda Rusiya nüvə silahının istifadəsi ilə regional müharibələrə hazırlaşıb. Bu münaqişələrdə əsas rolu isə coğrafi mövqeyinə görə məhz Almaniya oynamalıdır.

Mənbələrin fikrincə, Rusiya Avropaya gözlənilmədən zərbə vuracaq, çünki Moskva yalnız bu yolla NATO ilə münaqişədən qalib ayrıla bilər.

Rusiyanın mümkün hücumu üçün əsas hədəflər kimi Ukrayna, Baltikyanı, Qara dəniz regionu və Polşa göstərilib.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ