SON DƏQİQƏ

Zərif: Tramp İranla müharibə etmək istəmir

Tarix:

16-07-2019, 08:41

/ 2 293 dəfə oxundu.
Zərif: Tramp İranla müharibə etmək istəmir

"ABŞ prezidenti Donald Tramp Tehranla müharibə istəmir, lakin onun ətrafı bunun əksini "etiraz etməzdi".

GunAz.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavab Zərif Amerikanın NBC telekanalına müsahibəsində deyib.

"Düşünmürəm ki, prezident Tramp müharibə istəyir, lakin əminəm ki, onun ətrafı buna etiraz etməzdi", - deyə Zərf bildirib.

O əlavə edib ki, Tramp təzyiq altındadır, lakin ətrafdakıların onun qərarlarına təsir etmək cəhdləri "sonda uğurla nəticələnmir, çünki ağıl üstünlük təşkil edir".

"İran böyük, qürurlu ölkədir və biz hərbi hücumlara biganə qalmayacağıq", - deyə Zərif bildirib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ