SON DƏQİQƏ

Zərifin Nyu Yorkda hərəkəti qadağan edildi

Tarix:

15-07-2019, 16:38

/ 1 782 dəfə oxundu.
Zərifin Nyu Yorkda hərəkəti qadağan edildi

ABŞ İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin rəhbərlik etdiyi nümayəndə heyətinin Nyu Yorkda hərəkətini məhdudlaşdırıb.

GunAz.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Mayk Pompeo deyib. Onlara Nyu Yorkda yalnız BMT-nin mənzil qərargahı ilə İranın BMT-dəki Daimi Nümayəndəliyinin rəhbərinin rezidensiyası arasında hərəkət izni verildiyi bildirilib.

“Amerikalı diplomatlar Tehranda azad hərəkət edə bilmirlər. İran diplomatlarının Nyu Yorkda hərəkəti üçün heç bir əsas yoxdur. Biz cənab Zərif və onu müşayiət edənlərə yalnız BMT razılaşmasında qoyulan öhdəliklərlə bağlı zəmanət veririk”, - Pompeo bildirib.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ