SON DƏQİQƏ
» » İran Avropaya xəbərdarlıq edib: Sazişə əməl edilməsə 4 il öncəki vəziyytə qayıdarıq

İran Avropaya xəbərdarlıq edib: Sazişə əməl edilməsə 4 il öncəki vəziyytə qayıdarıq

Tarix:

15-07-2019, 20:20

/ 1 341 dəfə oxundu.
İran Avropaya xəbərdarlıq edib: Sazişə əməl edilməsə 4 il öncəki vəziyytə qayıdarıq

“Nüvə sazişində qalan dövlətlər öhdəliklərinə əməl etməsələr İran 4 il öncəki vəziyyətə qayıdacaq.”

GunAz.az İSNA-a istinadla xəbər verir ki, bunu İranın Atom Enerjisi Agentliyinin sözçüsü Behruz Kamalvəndi deyib.

Avripa dövlətləri XİN rəhbərlərinin Brüssüldə bu günkü toplantısına münasibət bildirən İran rəsmisi onları sazişin şərtlərinə əməl etməyə çağırıb.

İran rəsmisi bildirib ki, İranın son aylarda sazişin bəzi öhdəliklərini azaltması qarşı tərəfə diplomatik fürsətlər vermək məqsədi daşıyır.

B. Kamalvəndi öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə ölkənin nüvə proqramının 4 il öncəki vəziyyətə qayıdacağını bildirib.

Bu arada Britaniyanın XİN rəhbəri Ceremi Hant Brüsseldə toplantı zamanı iddia edib ki, “İranın nüvə silahına çatmasına hələ bir il var, bu nüvə sazişini xilas etmək üçün fürsətlər hələ bitməyib.”

Qeyd edək ki, İran 4 il öncə uranın zənginləşdirilməsini 20 faizdən artıq dərəcədə həyata keçirirdi. Eksperlər bildirir ki, nüvə silahının hazırlanması üçün uranın 80 faiz dərəcəsində zənginləşdirilməsi kifayətdir.

скачать dle 12.1

Şərhlər