SON DƏQİQƏ

Türkiyə 67 terrorçunu məhv etdi

Tarix:

15-07-2019, 09:24

/ 3 210 dəfə oxundu.
Türkiyə 67 terrorçunu məhv etdi

Türkiyə hərbçilərinin İraqın şimalında keçirdiyi "Pəncə"əməliyyatı ilə aşkarladığı mağaralardan birində 3 PKK terrorçusunun cəsədi tapılıb.

GunAz.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin "Twitter" səhifəsində qeyd edilib.

Bununla da əməliyyatın başlanğıcından məhv edilən terrorçuların sayı 67-ə çatıb. "Pəncə-1" əməliyyatı mayın 27-də İraqın şimalında, Türkiyənin milli müdafiə naziri Hulusi Akarın rəhbərliyi iləbaşlayıb.

Qeyd edilir ki, iyulun 12-də yerli vaxtla saat 22:00-da İraqın şimalında yeni "Pəncə-2"antiterror əməliyyatı başlayıb. Terrorçular əleyhinə mübarizəyə artilleriya, helikopterlər və pilotsuz uçuş aparatları cəlb edilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ