SON DƏQİQƏ

Bakı 2019: Ölkəmizə milyonlar gəlir...

Tarix:12-07-2019, 17:57 Oxunub:1 754

Bakı 21-27 iyul tarixlərində Azərbaycan paytaxtında keçiriləcək növbəti mötəbər idman tədbirini, XV Avropa Gənclər Olimpiya Festivalını gözləyir.

Oyunlar hələ başlamadan artıq bədnamlar öz qara işlərinə başlayıblar. Bəs nə üçün? “Bu bizə lazım deyil, ancaq problem yaradır, yollar bağlanır və s...” Bunlar bütün dünyada insanların şüurunu manipulyasiya etmək üçün real vasitəyə çevrilmiş sosial şəbəkələrdə baş verir.

Məsələ burasındadır ki, sosial şəbəkələrdəki hətta ən müsbət paylaşımı belə tənqid edənlər tapılır. Psixoloqlar bildirir ki, bu cür insanlar bir qayda olaraq natamamlıq kompleksindən əziyyət çəkir. Sosial şəbəkələr onların özlərini ifadə etmək və qəzəbdən qurtarmaq üçün əlverişli bir yerə çevrilib, çünki hər hansı bir qanunsuzluq üçün heç bir cinayət təqibi olmur.

Biz “virtual tənqidçilər”ə cavab və ya hər hansı bir şərh vermək istəmirik. Biz rəqəmləri təqdim edəcəyik. Rəqəmlər isə, Hötenin dediyi kimi, dünyanın necə idarə olunduğunu göstərir.

Nəqliyyatın hərəkətindəki çətinliklərdən danışırsınız? Heç bilirsinizmi, Formula-1 Azərbaycana nələr gətirir?

Bəli, söhbət məhz keçirildiyi vaxt Bakıda yolların bağlandığı yarışdan gedir. Konkret olaraq dünyada böhran hökm sürdüyü bir vaxtda iki yarışın nəticələrinə görə 2016 və 2017-ci illərdə ölkə 277.3 milyon dollar gəlir əldə edib. Bunlardan 164,2 milyon dolları mindən çox biznes strukturunun tədbirlərdə iştirakı ilə əldə edilən birbaşa mənfəətdir, digər 22,7 milyon dollar isə turizm, nəqliyyat və otellərdən gələn gəlirdir.

2015-ci ildə Gürcüstanda keçirilən Avropa Gənclər Olimpiya Festivalına Avropadan çoxsaylı qonaqlarla yanaşı 25 ölkədən təxminən 3500 idmançı qatılıb. Bu dəfə isə 27 ölkədən təxminən 4000 idmançının gəlməsi planlaşdırılır. Təbii ki, öz yığmalarını dəstəkləmək üçün Bakıya gələn azarkeşlərin də sayı bu rəqəmdən dəfələrlə çox olacaq.

Niyə bu bizim üçün əlverişlidir? Çünki bizdə artıq bu cür tədbirin keçirilməsi üçün müvafiq infrastruktur mövcuddur: 12 ən gözəl idman kompleksi, Atletlər Kəndi, avtobuslar, yollar, qurğular və s. Yeni nəsə qurmaq və yaratmaq zərurəti yoxdur. Məsələn, Tiflisdə Avropa Gənclər Olimpiya Oyunları üçün 9 idman kompleksi tikildi. Təbii ki, Gürcüstanda xeyir barədə düşünülmədi. Qarşıda duran məsələ heç olmasa xərclərin bir qisminin bağlanması idi.

İqtisadi və sosial məqsədəuyğunluq məsələsi

Azərbaycanda keçirilən əsas idman tədbirlərinin statistikası və müqayisəli təhlili ölkəmizdə bu cür tədbirlərin keçirilməsinin faydalarının bir çox aspektlərini aşkar etməklə, həm də bu çempionatların ölkənin turizm potensialının inkişafında rolu olduğunu göstərir.

Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırovla söhbət nəticəsində oyunlar zamanı Bakıya gözlənilən turist axını ilə bağlı təxmini rəqəmləri öyrənə bildik. Onun sözlərinə görə, Azərbaycana “Bakı 2019” zamanı 27 ölkədən 4000 idmançı və təmsilçinin gələcəyini nəzərə alsaq, ən azı bu qədər azarkeşin gələcəyini gözləmək olar.

“Bakıda keçiriləcək 5 günlük oyunlar zamanı paytaxta Avropadan 10 minə yaxın turist gələcək. Hər bir turistin Azərbaycan üçün Avropada bir reklam olduğunu nəzərə alanda bu çox cəlbedici rəqəmdir. Bu, necə baş verir: turist gəlir, bəyənir, öz vətəninə qayıdır, gördükləri barədə dostlarına danışır, sosial şəbəkə hesabında bir neçə gözəl foto paylaşır. Sosial şəbəkələr bu gün bir ölkənin turist potensialının PR-nin mühüm komponentinə çevrilmişdir”, - Bağırov bildirib.

Azərbaycan Turizm Assosiasiyasının sədri avropalı turistlərin ölkəmiz üçün vacib olduğunu qeyd edib. Onun sözlərinə görə, Avropa turistlərinin cəlb olunması – ölkəmizin turizm sektorunun əsas strategiyasını təşkil edir.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<