SON DƏQİQƏ

Tramp İrana görə Çini vura bilər

Tarix:

12-07-2019, 16:47

/ 1 950 dəfə oxundu.
Tramp İrana görə Çini vura bilər

Tramp administrasiyası İrandan neft alan Çin şirkətlərinə qarşı sanksiyalar tətbiq edilə bilər.

GunAz.az xəbər verir ki, bu məlumatı “Politiko” qəzeti yayıb. Məlumata görə, administrasiyanın yüksək ranqlı nümayəndələri Çinin İrandan iyunda 1 milyon barreldən çox neft almaqla ABŞ-ın Tehrana qarşı sanksiyalarını pozduğu qənaətinə gəliblər. Qəzet hökumət nümayəndələrinin bunun Tehrana qarşı sanksiyaların işlədiyini iddia edən Vaşinqtonun mövqeyini məhv edə biləcəyindən ehtiyat etdiyini bildirib:

“Respublikaçı bir sıra konqresmen də Trampdan Çinə bu məsələdə təzyiqlərin gücləndirilməsini istəyir. Lakin Tramp yeni sanksiyaların iki ölkə arasında elə də asan olmayan ticarət danışıqlarını çətinləşdirəcəyindən qorxur. Ağ Ev hələlik yekun qərarını qəbul etməyib”.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ