SON DƏQİQƏ
» » İraq İsraillə əlaqələrin normallaşdırılması iddiasına münasibət bildirib

İraq İsraillə əlaqələrin normallaşdırılması iddiasına münasibət bildirib

Tarix:

6-07-2019, 20:55

/ 2 214 dəfə oxundu.
İraq İsraillə əlaqələrin normallaşdırılması iddiasına münasibət bildirib

İraq İsraillə əlaqələri normallaşdırmaq niyyətində olmadığını bildirib və Fələstin ərazilərinin bu dövlət tərəfindən işğalının dünya ictimaiyyətinə tanıtdırılması və İsrailin boykot edilməsinin tərəfdarlı olduğunu bəyan edib.

GunAz.az İraq mətbuatına istinadla xəbər verir ki, bu barədə İraqın Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bəyanatda İraqın ABŞ-dakı səfirliyinin Fələstin-İsrail münaqişəsi ilə bağlı mövqeyinin təhrif edildiyini diqqətə çatdırılıb və bildirilib ki, rəsmi Bağdad İsraillə heç bir əlaqələyə malik deyil və  bu rejimlə əlaqələri normallaşdırmağı rədd edir.

İraq XİN-in bəyanatında bildirilib ki, "rəsmi Bağdad İsraili işğalçı rejim kimi tanıyır və ona sanksiya tətbiq edilməsini istəyir"

Qeyd edək ki, son ildə İsraillə Fars Körfəzində yerləşən bəzi ərəb dövlətləri arasında əlaqələrin normallaşdırılması fonunda addımlar atılıb. Bu istiqamətdə BƏƏ, Bəhreyn və Oman Sultanlığı öndə gedən ərəb dövlətləridir. Bu ölkələrin addımları ərəb dünyasında etirazlara səbəb olub.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ