SON DƏQİQƏ
» » Gül yeni partiya qurur, erməni əsilli iqtisadçını da dəvət edir

Gül yeni partiya qurur, erməni əsilli iqtisadçını da dəvət edir

Tarix:

26-06-2019, 21:57

/ 238 dəfə oxundu.
Gül yeni partiya qurur, erməni əsilli iqtisadçını da dəvət edir

Keçmiş iqtisadiyyat naziri Əli Babacanın başçılığı ilə yeni partiya yaratmaq üçün işlər görən Türkiyənin 11-ci prezidenti Abdullah Gül erməni əsilli iqtisadçı Daron Əcəmoğlunu da partiyanın qurucularından biri kimi görmək istəyir.

Sözcü” xəbər verir ki, D.Əcəmoğluna prezidentliyi dövründə mükafat verən A.Gül onun yeni partiyanın fəaliyyəti zamanı iqtisadi mövzularda önə çıxmasını istəyir. Ə.Babacanın rəhbərliyi ilə aparılan partiya işlərinin arxasında A.Gül, Haşim Kılıç, Sədulla Ergin, Bəşir Atalay, Fehmi Koru kimi şəxslər dayanır.

Qeyd edək ki, erməni əsilli ailənin övladı olan D.Əcəmoğlu ABŞ-ın Massaçusets Texnologiya İnstitutunda çalışır. O, 1967-ci ildə İstanbulda anadan olub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ