SON DƏQİQƏ

Zelenski Putinlə görüşəcək - RAZILAŞMA

Tarix:

18-06-2019, 09:23

/ 449 dəfə oxundu.
Zelenski Putinlə görüşəcək - RAZILAŞMA

Ukrayna Prezidenti Vladimir Zelenski Fransa Prezidenti Emmanuel Makronla görüşüb.
GunAz.az xəbər verir ki, bu barədə "RİA-Novosti" agentliyi yazıb.
Görüşün nəticəsi olaraq prezidentlər yaxın vaxtda “Normand formatı” (Almaniya, Fransa, Rusiya və Ukrayna) ölkələrinin xarici siyasət müşavirlərinin görüşü barədə razılıq əldə ediblər.
“Bizim xarici siyasət müşavirlərimiz yaxın vaxtda görüşəcəklər və liderlərin növbəti görüşünü hazırlayacaqlar”, - Zelenski bildirib.
Ukrayna liderinin sözlərinə görə, “Normand formatı” üzrə danışıqların bərpası üçün əsas şərt atəşkəsə nail olunması və Donbasdakı qüvvələrin çıxarılmasıdır.
“Mənim fikrimcə, konkret addımlar əsirlərimizin azad edilməsi, Ukrayna dənizçilərinin qaytarılması, atəşkəs əldə edilməsidir. Bu addımlar çətin deyil, lakin təcilidir. Biz bunları yaxın vaxtda edə bilərik. O zaman biz “Normand formatı”na və bu ciddi münaqişənin həllinə qayıdacağıq”, - Zelenski söyləyib.
Öz növbəsində Fransa Prezidenti Emmanuel Makron da ölkəsinin “Normand formatı” görüşünü keçirməyə hazır olduğunu açıqlayıb.
“Vaxtı çatanda öhdəliklərimizi yerinə yetirmək üçün görüşü keçirməyə hazırıq. Buna qədər isə öhdəliklərin yerinə yetirilməsinin təsdiqi üçün müəyyən addımlar atılmalıdır”, - Makron qeyd edib.Axar.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ