SON DƏQİQƏ
» » Rusiyadan Köçəryana açıq dəstək va - Səfəryan

Rusiyadan Köçəryana açıq dəstək va - Səfəryan

Tarix:

17-06-2019, 21:23

/ 1 894 dəfə oxundu.
Rusiyadan Köçəryana açıq dəstək va - Səfəryan

Rusiyadan Robert Köçəryana açıq dəstək var.

GunAz.az xəbər verir ki, bunu “1in.am” saytına müsahibəsində erməni politoloq Stepan Səfəryan deyib.

“Bu, Rusiya üçün təhlükəli siyasətdir. Siz yəqin ki, Köçəryanın bir müddət öncə onu Paşinyan hakimiyyətinə qarşı alət kimi istifadə etmələri ilə bağlı Avropa dairələrinə məktubunu xatırlayırsınız. Aydındır ki, onun bu tip razılaşması bir güc mərkəzi - Rusiya ilə var. O, faktiki olaraq çalışır ki, özünün dağıdıcı oyununun legitimliyi üçün Avropa və Qərb istiqamətini də istifadə etsin. Xoşbəxtlikdən Avropa dairələri buna razılıq vermədilər. Biz görürük ki, o indi bu razılaşmanı Moskva ilə bağlayıb və öz dövlətinə qarşı alətə çevrilib. Rusiya anlamalıdır ki, bənzər addımlarla o, erməni cəmiyyətinin Rusiya əleyhdarı olmasına şərait yaradır”, - deyə o bildirib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ