Gürcüstanın səhiyyə naziri istefa verəcək

Gürcüstanın səhiyyə naziri David Sergeyenko bu gün istefa verəcək.

APA xəbər verir ki, ABŞ-dan rəsmi səfərdən dönən baş nazir Mamuka Baxtadze artıq məsələ ilə bağlı D.Sergeyenko ilə görüşüb. Yeni səhiyyə nazirinin Saxere klinikasının müdiri Ekaterine Tikaradzenin olacağı, nazirin birinci müavini vəzifəsinə isə Gürcüstanın Estoniyadakı keçmiş səfiri Tea Axvledianin təyin ediləcəyi bildirilib.

Nazirin istefasının səbəbinin ölkədə həyata keçirilən səhiyyə islahatlarına qarşı olması göstərilir.

скачать dle 10.6фильмы бесплатно
[xfvalue_video]