SON DƏQİQƏ
» » Gürcüstanda kazino mühafizəçilərindən azərbaycanlı qadına qarşı ŞOK ƏMƏL

Gürcüstanda kazino mühafizəçilərindən azərbaycanlı qadına qarşı ŞOK ƏMƏL

Tarix:

17-06-2019, 08:34

/ 1 574 dəfə oxundu.
Gürcüstanda kazino mühafizəçilərindən azərbaycanlı qadına qarşı ŞOK ƏMƏL

Gürcüstanın Marneuli rayonunun mərkəzində yerləşən kazino qarşısında insident baş verib.

GunAz.az xəbər verir ki, Marneuli şəhər sakini olan qadın oğlunun kazinodan çıxarılmasını tələb edib.

Kazinonun mühafizəçiləri qadını kazinodan uzaqlaşdırmağa çalışıblar. Bu zaman mühafizəçilər qadına qarşı fiziki güc tətbiq ediblər.

Nəticədə qadının halı pisləşib. Mühafizəçilərin qadına əl qaldırması yerli sakinləri hiddətləndirib.

Hadisə yerinə polis əməkdaşları çağırılıb.

İnsidentlə bağlı araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ