SON DƏQİQƏ
» » Baxçalı Elçibəyin yoldaşının vəfatından danışdı

Baxçalı Elçibəyin yoldaşının vəfatından danışdı

Tarix:

15-06-2019, 22:43

/ 1 939 dəfə oxundu.
Baxçalı Elçibəyin yoldaşının vəfatından danışdı

Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyevanın vəfatı ilə bağlı mərhumun ailəsinə və Azərbaycan xalqına başsağlığı verib.

GunAz.az xəbər verir ki, bu barədə Baxçalı QHT rəhbərlərinin iştirakı ilə keçirilən tədbirdə bildirib.

Xatırladaq ki, Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyeva iyunun 14-də Türkiyənin İstanbul şəhərində vəfat edib. Mərhumun cənazəsi doğma Kələki kəndində (Naxçıvan Muxtar respublikası, Ordubad rayonu) dəfn edilib.

скачать dle 12.1

Şərhlər