SON DƏQİQƏ
» » Turnava: Bu ehtiyacımızın 97 faizini Azərbaycan qarşılayır

Turnava: Bu ehtiyacımızın 97 faizini Azərbaycan qarşılayır

Tarix:

15-06-2019, 22:12

/ 1 947 dəfə oxundu.
Turnava: Bu ehtiyacımızın 97 faizini Azərbaycan qarşılayır

Gürcüstanın Rusiyadan enerji asılılığı təhlükəsi yoxdur. Gürcüstanın daxili bazarının təbii qaza olan ehtiyacının 97 faizi Azərbaycanın hesabına təmin olunur.

GunAz.az xəbər verir ki, bu sözləri Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava söyləyib.

Onun sözlərinə görə, Gürcüstanda yalnız özəl sektorun bir hissəsi Rusiyadan qaz ala bilər.

“Bizim strateji istehlakçılarımız olan əhali və elektrik enerjisi istehsalçıları tam olaraq Azərbaycan qazı ilə təmin olunur” – deyə N.Turnava vurğulayıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ