SON DƏQİQƏ

CNBC: “Stratolaunch” 400 mln dollar satılır

Tarix:

15-06-2019, 08:35

/ 1 291 dəfə oxundu.
CNBC: “Stratolaunch” 400 mln dollar satılır

Daşıyıcı-raketlərin hava stratı üçün nəzərdə tutulan eksperimental təyyarə-katamaran “Stratolaunch” 400 mln dollara satışa çıxarılıb.

Bu barədə GunAz.az “CNBC”-ə istinadən xəbər verir.

Nəşrin məlumatına əsasən, təyyarəni yaxın zamanlaradək “Microsoft” şirkətinin banilərindən biri olan Pol Allenə (2018-ci ildə 65 yaşında xərçəngdən dünyasını dəyişib) mənsub olan investisiya konqlomeratı “Vulcan” satışa çıxarıb. Qeyd edilən məbləğə yalnız təyyarənin özü deyil, eləcə də əqli mülkiyyət hüququ, anqarlar və onunla bağlı digər obyektlər də daxildir.

“Stratolaunch Systems” şirkəti tərəfindən verilən məlumata görə,  eksperimental təyyarənin ilk sınaq uçuşu cari ilin aprelində Mohava (Kaliforniya) səhrası üzərində baş tutmuşdu. O, sürətini 304,17 km/s-a kimi artıraraq 5 km hündürlüyə kimi qalxa bilmişdi. 

Şirkətin saytnda yerləşdirilən məlumatda bildirilir ki, təyyarə 117 metr uzunluqlu ümumi qanadla birləşdirilən iki 73 metrlik füzelyajdan ibarətdir. Bu, Amerika futbolu oyunu üçün nəzərdə tutulan sahədən böyükdür. Təyyarə “Pratt&Whitney” istehsalı olan altı mühərriklə təchiz olunub. 

скачать dle 12.1

Şərhlər