SON DƏQİQƏ
» » Belarusdan ölüm cəzasından vaz keçmək tələb olundu

Belarusdan ölüm cəzasından vaz keçmək tələb olundu

Tarix:

15-06-2019, 08:02

/ 1 315 dəfə oxundu.
Belarusdan ölüm cəzasından vaz keçmək tələb olundu

Avropa ölkələri Belarusdan ölüm cəzasının tətbiqini dayandırmağı tələb edirlər.

GunAz.az-ın məlumatına əsasən, bu barədə Avropa İttifaqının Xarici Siyasət Xidmətinin rəsmi nümayəndəsi Maya Kosyançiç bəyan edib.

Qurumdan bildirilib ki, bu cəza növü Ümumi deklarasiyada insanın yaşama hüququ ilə bağlı verilmiş bəndi pozur, eləcə də Minskin beynəlxalq öhdəliklərinə ziddir. Bundan savayı, Aİ “istənilən halda” ölüm hökmünün verilməsinə qəti etiraz edir və “ölüm cəzasından imtinaya ilk addım kimi”  Belarusu bu hökmə moratorium tətbiq etməyə səsləyib. 

Xatırladaq ki, iyunun 13-də Belarusda üç insanın öldürülməsində müqəssir bilinən Aleksandr Jilnikov  edam olunmuşdu.

Qeyd edək ki, Belarus Avropa və MDB ölkələrində ölüm cəzası hələ də tətbiq olunan yeganə ölkədir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ