SON DƏQİQƏ
» » Heydər Əliyev onların köçməsinin qarşısını almışdı - Zyuqanov

Heydər Əliyev onların köçməsinin qarşısını almışdı - Zyuqanov

Tarix:

12-06-2019, 17:22

/ 1 281 dəfə oxundu.
Heydər Əliyev onların köçməsinin qarşısını almışdı - Zyuqanov

Heydər Əliyev 1990-cı illərdə Azərbaycanda vətəndaş həmrəyliyinin və sülhün bərqərar olması üçün əlindən gələni edib və mən onu müasir Azərbaycan dövlətinin banisi hesab edirəm.

GunAz.az xəbər verir ki, bu sözləri Rusiya Kommunist Partiyasının rəhbəri Gennadi Zyuqanov söyləyib. O bildirib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ilə şəxsən tanış idi. G.Zyuqanov qeyd edib ki, 1990-cı illərdə Azərbaycanın vətəndaş müharibəsi təhlükəsi qarşısında durduğu vaxtlarda Heydər Əliyevin Vətənə dönüşü çox mühüm əhəmiyyət kəsb etmişdi. O, bütün təbəqələrdən olan insanlarla şəxsən görüşürdü. Rus icmasının nümayəndələri ilə görüşündə ölkədə onların təhlükəsizliyinin təmin olunacağına şəxsən zəmanət verməklə, rusdilli əhalinin Azərbaycandan kütləvi şəkildə köçməsinin qarşısını almışdı. Heydər Əliyevin səyləri nəticəsində ölkədə vətəndaş birliyi və sülh bərqərar olmuşdu.

Rusiyalı siyasətçi hazırda Azərbaycan dövlətinin rus dilinə olan qayğısını yüksək qiymətləndirib, Rusiya-Azərbaycan əlaqələrinin bundan sonra da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ