SON DƏQİQƏ

Tokayevin ermənilərə rəğbəti

Tarix:

12-06-2019, 12:26

/ 1 071 dəfə oxundu.
Tokayevin ermənilərə rəğbəti

Qardaş Qazaxstan Respublikasının prezidenti kim olursa olsun, bizlər üçün o məqam alidir və qardaş ölkənin rəhbərinə də hörmət və ehtiramla yanaşmalıyıq.

Lakin yeni seçilmiş Tokayevin prezident seçilməsi haqda rəsmi sənədlərin mürəkkəbinin qurumadan ermənilərə rəğbətinin olmasını, onlarla ortaq tarix və hətta oxşar dilin olması haqda açıqlaması məni çox məyus etdi. Eyni zamanda bu məsələ adi bir fikir deyil. Fikrimcə Tokayevin timsalında Böyük Türk Birliyi istiqamətində atılan addımlara vurulan əvvəlcədən hesablanmış, məqsədli bir badalaqdır. Tokayevlər anlamalıdırlar ki, onlar gəldi gedərdi. Qazax xalqı isə, dünəndə olub, bugündə var və gələcəkdədə olacaqdır. Sadəcə gəldiyi məqamda ya xalqa, xalqın milli kimliyinə hörmət edərək xidmət edəcək tarixə dəyərli düşəcək. Ya da tarixin qara, üfünət verəcək səhifəsində bir heç olacaq. Cənab Tokayev, seçim sizindir.

Cavid İsmayıl

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ