SON DƏQİQƏ
» » “Dünyanın xilaskarı” vəliəhdin yaxtasından çıxdı

“Dünyanın xilaskarı” vəliəhdin yaxtasından çıxdı

Tarix:

11-06-2019, 15:13

/ 2 082 dəfə oxundu.
“Dünyanın xilaskarı” vəliəhdin yaxtasından çıxdı

Leonardo da Vinçinin yoxa çıxan "Dünyanın xilaskarı” (Salvator Mundi) əsəri Səudiyyə vəliəhdi Məhəmməd bin Salmanın yaxtasındadır.

Kult.az xəbər verir ki, bu barədə “Artnet” portalı adı açıqlanmayan mənbələrinə istinadən informasiya yayıb.

Məlumata görə, rəsm əsəri Səudiyyə Ərəbistanı rəhbərliyinin Əl-Ula regionunda əsərin nümayiş edilə biləcəyi mədəniyyət mərkəzi qurmasına qədər “Serene” adlı yaxtada saxlanılacaq.

Qeyd edək ki, bir qədər əvvəl tablonun yoxa çıxması ilə bağlı məlumatlar yayılmışdı. Tablonun qiyməti 450 milyon dollardır və Səudiyyə vəliəhdi Məhəmməd bin Salmana aid olduğu bildirilir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ